Fev 17, 2017 11:10 Asia/Baku
  • Amerikada restorançılar Trampın anti-miqrant siyasətlərinin əleyhinə olanlara qatılıblar
    Amerikada restorançılar Trampın anti-miqrant siyasətlərinin əleyhinə olanlara qatılıblar

ABŞ prezidentinin anti-miqrant qərarlarına qarşı etirazlar yeniliklərlə davam etməkdədir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Amerikanın müxtəlif şəhərlərində bir çox restoranlar Trampın miqrantlara qarşı qərarlarına etiraz əlaməti olaraq bu gün öz fəaliyyətlərini dayandırıblar. 

Vaşinqtonda yerləşən bu restoranda müxtəlif xalqlardan olan miqrantlar işləyirlər. Onlar ABŞ prezidenti Donald Trampın miqrantlara qarşı fərmanlarından təsir alan restoran sektorunun çoxlu sayda işçilərindən kiçicik bir hissəsini təşkil edir. Trampın bu sahədəki qərarları geniş etirazlara səbəb oldu və etirazlar hələ də davam etməkdədir. Son günlərdə Amerikada başqa restoranlar da bu aksiyaya qatılıblar. Amerikaya miqrantların gəlişinə qadağa əleyhinə etirazların yeni metodu " Miqrantsız bir gün" adlanır. 

Vaşinqton, Nyu-York , Filadelfiya və bir çox Amerika ştatları vəşəhərlərində bu etiraz metodu həyata keçirilməkdədir. Restorançılar fəaliyyətlərini dayandırmaq yaxud yavaşlatmaqla miqrantlara dəstək verirlər. 

Bir restoran shibi deyir: Mən tətil barədə işçilərimlə danışıdım və onlar bu fikiri bəyəndilər. Bir gün işi dayandırmaq və ziyana düşmək, onları itirməkdən daha yaxşıdır. 

Bu təklif miqrantlar tərəfindən geniş qarşılanıb və tətil elan edənlər Trampa demək istəyirlər ki, Amerika miqrantlar olmadan və onlara dəstək verilmədən iflic vəziyyətinə düçar olacaq. 

Başqa bir restoran sahibi deyir: Bu ölkənin miqrantsız öz hərəkətini davam etdirməyə qadir olmadığını etiraf etməliyik, biz hər şeyin qədrini onu itirmədən bilməliyik. 

Teqlər