Çinin şimal şərqində etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i260038-Çinin_şimal_şərqində_etiraz_aksiyası
Çinin şimal şərqində yerləşən Xe Lunq Cianq vilayətində minlərlə əhali Daçinq şəhərində Alüminyum zavodunun inşa edilməsinə qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2017 08:56 Asia/Baku
  • Çinin şimal şərqində etiraz aksiyası
    Çinin şimal şərqində etiraz aksiyası

Çinin şimal şərqində yerləşən Xe Lunq Cianq vilayətində minlərlə əhali Daçinq şəhərində Alüminyum zavodunun inşa edilməsinə qarşı etiraz aksiyası keçirib.

İRNA-nın verdiyi məlumata görə, Daçinq şəhərində nümayişçilər yerli rəhbərliyə Alüminyum zavodunun inşa əməliyyatına strat veriləcəyi təqdirdə aksiyalara da yenidən start veriləcəyi ilə bağlı xəbərdarlıq ediblər. 

Aksiyaçılara görə, Alüminyum zavodu ərazidə havanın kəskin çirklənməsinə səbəb olacaq. 

Daçinq sakinləri öncə də bu zavodun inşasına qarşı etiraz aksiyaları keçirmişdilər. 

Alüminyum zavodunun inşası üzrə işçi qrup bildirir ki, bu layihənin icrası ilə 30 min yeni iş yeri açılacaq.