Fev 17, 2017 18:19 Asia/Baku
  • Tramp mətbuatı kəskin qınayıb
    Tramp mətbuatı kəskin qınayıb

ABŞ prezidenti bir mətbuat konfransında demokratlar və məhkəmə aparatından əlavə mətbuatı da kəskin qınayıb.

Frans 24 telekanalı bildirib: Amerika prezidenti Donald Tramp yeni əmək nazirinin təyin edilməsi barədə təşkil onunmuş mətbuat konfransında ilk başdan hücumçu mövqedə olub və bütün çıxışı zamanı mətbuatı sərt şəkildə hədəfə alıb. 

Tramp deyib: Mətbuat o qədər saxtakar olub ki, bunu biz söyləməsək Amerika xalqı bizə etimadını itirər. 

Donald Trampın Ağ evə gəlməsindən sonra onun ilk qəraı olan anti-miqrant fərmanının icrası məhkəmə aparatının hökmü ilə dayandırıldı və onun milli təhlükəsizlik müşaviri Maykl Flin istefa verdi. Bu hadisələr onun hökumətini sarsıdıb. 

Buna baxmayaraq Tramp hakimiyyətdə olduğu günlər ərzində öz fəaliyyətini kəskin müdafiə edib və deyib ki, onun hökuməti yaxşı işləyir, media bizə hücum etməyə çalışır ona görə ki, bizim verdiyimiz vədlərin icrasında yaxşı irəliləyişlərimizin olduğunu bilirlər amma onlar müəyyən səbəblərə görə bundan razı deyillər. 

ABŞ prezidenti həmçinin komandasının Rusiya kəşfiyyatı ilə hər hansı təmasda olmasını təkzib edib və bu barədə yayılanların jurnalistlərin həqiqətdən uzaq xəbərləri olduğunu deyib. Donald Trampın media ilə əlaqəsi elə seçki kampaniyası dövründən çaxnaşmalı olmuşdur. Son günlər Ağ evin yüksək səviyyəli Strateqi Stiv Banen geniş avditoriyalı mediaların müxalifət partiyaları kimi olduqlarını deyib. 

Teqlər