Almaniyada NATO və ABŞ siyasətlərinə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i260272-almaniyada_nato_və_abŞ_siyasətlərinə_qarşı_aksiya_keçirilib
Amerika Birləşmiş Ştatları və Şimali Atlantik Alyansının siyasətlərinin müxalifləri Almaniyada aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2017 12:11 Asia/Baku
  • Almaniyada NATO və ABŞ siyasətlərinə qarşı aksiya keçirilib

Amerika Birləşmiş Ştatları və Şimali Atlantik Alyansının siyasətlərinin müxalifləri Almaniyada aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, Almaniyanın Münhen şəhərində eyniadlı Təhlükəsizlik Konfransın keçirildiyi bir vaxtda ABŞ və NATO-nin siyasətlərinə qarşı çıxanlar şüarlar səsləndirib, Amerikanın hərb maşının məqsədlərini irəlilətməyə səy göstərməkdə NATO-nu suçlayıblar.

Etirazçılar həmçinin NATO-nun ləğv edilməsi, dünya tərksilahı və miqrantlarla həmrəyliyi istəyiblər.

Dünyanın 100-dən çox rəsmisi cümə günü Münhen Təhlükəsizlik Konfransının 53-cü sessiyasına qatılıb. Bu konfrans bu gün sona çatacaq.