Fransa dövlət başçılarının korrupsiyasına qarşı aksiya
https://azeri.sahartv.ir/news/dünya-i260406-fransa_dövlət_başçılarının_korrupsiyasına_qarşı_aksiya
Paris əhalisindən yüzlərlə nəfər Fransa dövlət başçılarının korrupsiyasına qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 14:33 Asia/Baku
  • Fransa dövlət başçılarının korrupsiyasına qarşı aksiya
    Fransa dövlət başçılarının korrupsiyasına qarşı aksiya

Paris əhalisindən yüzlərlə nəfər Fransa dövlət başçılarının korrupsiyasına qarşı aksiya keçirib.

IRIB-nin məlumatına görə, Paris əhalisindən yüzlərlə nəfər dünən Fransa polisinin bir qaradərili gəncə qarşı zorakılığına etirazdan bir gün sonra bu şəhərin "Republika" meydanına toplaşaraq, Fransa dövlət başçılarının, xüsusən prezident seçkilərinə namizədlərin korrupsiyası əleyhinə aksiya keçirib.

Aksiyaçıların əllərində "Xalq yoxsulluq içində", "Rəsmilər korrupsiyada" və "Korrupsioner prezident" məzmunlu plakatlar olub.

Son günlər Fransa dövlət başçılarının, xüsusən üç aydan tez bir zamanda keçiriləcək prezident seçkilərinə namizədlərin korrupsiyası və qeyri-şəffaf hərəkətlərinə qarşı geniş ifşaçılıqlar baş veribdir.