ABŞ vətəndaşlarının Tramp əleyhinə etirazları
https://azeri.sahartv.ir/news/dünya-i260430-abŞ_vətəndaşlarının_tramp_əleyhinə_etirazları
Minlərlə ABŞ vətəndaşı istirahət günü olan ABŞ Prezident Günündə bu ölkənin müxtəlif şəhərlərində Donald Trampa etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2017 07:19 Asia/Baku
  • ABŞ vətəndaşlarının Tramp əleyhinə etirazları
    ABŞ vətəndaşlarının Tramp əleyhinə etirazları

Minlərlə ABŞ vətəndaşı istirahət günü olan ABŞ Prezident Günündə bu ölkənin müxtəlif şəhərlərində Donald Trampa etiraz ediblər.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, 10 min Nyu-Yorklu bazar ertəsi günü Menhetten bölgəsində "O, mənim prezidentim deyil" kimi şüarlar səsləndirib və Donald Trampdan narazı qaldığını bildirib. 

Həmçinin Çikaqoda Tramp qülləsinin qarşısına etirazçılar toplaşıb və ABŞ rpezidentinin yanlış siyasətləri, o cümlədən miqrantlara qadağanın tətbiq etməsinə etirazlarını bildiriblər. 

Vaşinqton da Amerika vətəndaşlarının Tramp əleyhinə etirazlarının şahidi olub. 

Urqen ştatının Portland şəhərində vətəndaşlar Donald Tramp əleyhinə etiraz əlaməti olaraq küçələrə axışıblar. Lakin polis əməkdaşları etirazçıların aksiyasına mane olmağa çalışıblar. 

Vaşinqton Post və ABC Newsun birgə keçirdiyi son rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların təxminən 60% bu ölkənin yeni prezidentinin funksiyasını təsdiqləmir.