Ukrayna prezidentinin Avropa Birliyindən istəyi
Ukrayna prezidenti Avropa Birliyinin Moskvaya qarşı daha artıq sanksiya tətbiq etməsini istəyib.
IRNA-nın məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko dünən Luqansk və Donetsk məntəqələrində verilən pasportları rəsmən tanıdığına görə, Rusiyanı tənqid edərək, Avropa Birliyinin Moskvaya qarşı daha artıq sanksiya tətbiq etməsini istəyib.
Poroşenko Luqansk və Donetsk məntəqələrinin sakinlərinə verilən sənədlərin Rusiyada rəsmən tanınmasını nigaranedici adlandırıb və belə deyib: Bu münasibət Minsk razılaşmasının icrasından vaz keçmək deməkdir və Rusiyaya qarşı qətiyyətli addımların atılması və hətta anti-rus sanksiyaların şiddətləndirilməsini tələb edir.
Ukrayna prezidentinin mətbuat şöbəsi bildirib ki, Pyotr Poroşenko Avropa Birliyinin humanitar məsələlər üzrə komissarı Xristos Stilianidis ilə görüşdə deyibdir ki, Kiyev Moskvaya qarşı yeni sanksiyalar tətbiq edibdir.
Luqansk və Donetsk vilayətlərinin müəyyən məntəqələrinin sakinlərinin şəxsiyyət vəsiqələri və pasportlarının rəsmən tanınması barədə göstəriş şənbə günü Kremlin vebsaytında dərc olunubdur.
Təqribən üç milyon ukraynalı mühacir Rusiyadadır ki, onların bir milyon nəfərdən çoxu Luqansk və Donetsk məntəqələrindən Moskvaya sığınıbdır.