Fev 24, 2017 19:25 Asia/Baku
  • Kim Yunq Namın qətlində ittiham olunan qadın öldürüldü
    Kim Yunq Namın qətlində ittiham olunan qadın öldürüldü

Malayziya polisinin baş müstəntiqi Şimali Koreya liderinin ögey qardaşının qətlində ittiham olunan iki qadından birinin qətlə yetirildiyini bildirib.

İRNA-nın məlumatına görə, Xalid Əbubəkr cümə günü bildirib: Kim Yunq Namın qətli ittihamı ilə saxlanılan qadınlardan biri VX qazının təsiri nəticəsində bir neçə dəfə ürəkbulanması ilə üzləşib.

Şimali Koreya könüllü şəkildə Makaoda sürgün həyatı yaşayan Kim Yunq Namın qətlində Malayziyanın müqəssir olduğunu bildirərək Malayziya və Cənubi Koreya dövlətlərinin bu qətli törətdiklərini bildirib.

Malayziya və Şimali Koreyanın diploamatik əlaqələri 13 fevralda Şimali Koreya liderinin ögey qardaşının Kualalumpur aerportunda qətlindən sonra gərginləşib.

Malayziya Şimali Koreya liderinin ögey qardaşının cəsədini bu ölkənin icazəsi olmadan ekspertizaya göndərib və Pxenyan bu hərəkəti qınayaraq Malayziya rəsmilərini Cənubi Koreya və Şimali Koreya düşmənləri ilə əlbir olmaqda suçlayır.

Şimali Koreya həmçinin bu ölkə liderinin ögey qardaşının cəsədinin Pxenyana qaytarılmasını istəyib.

Teqlər