Rusiya NATO-ya xəbərdarlıq etdi
Rusiyanın Şimali Atlantik Alyansı NATO-dakı nümayəndəsi bu alyansın Rusiya əleyhinə zərərli siyasətləri haqda xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko deyib: NATO hələ də Rusiya əleyhinə siyasətlərini davam etdirir. Bu isə bu alyans üçün zərərlidir.
Rus rəsminin sözlərinə görə, NATO bir müddət öncədən icraya qoyduğu Rusiyafobiya siyasətini dayandırmalıdır.
Rusiyanın BMT-dəki nümayəndəsi əlavə edib: Əgər NATO-ya üzv ölkələri üçün terrorizm təhdidi ilə mübarizənin əhəmiyyəti vardırsa, Rusiyafobiya siyasətini gözdən keçirməli və regionun təhlükəsizliyinin təmini haqda Moskva ilə müzakirə aparmalıdır.
"NATO terrorizmlə mübarizəyə səyi kənara qoyub və öz qüvvəsini Rusiya təhdidi iddiasını sübuta yetirməyə sərf edir" -deyə Qruşko əlavə edib.
Moskvanın təkrar xəbərdarlıqlarına baxmayaraq, NATO son aylarda Rusiya yaxınlığında öz hərbi nüfuzunu genişləndirməyi davam etdirməkdən, hətta bu ölkə sərhədlərindən geri çəkilmək istəməyib.