Fev 25, 2017 10:38 Asia/Baku
  • 136 Türkiyə diplomatı Almaniyadan sığınacaq istəyib
    136 Türkiyə diplomatı Almaniyadan sığınacaq istəyib

Berlin, diplomatiya pasportuna malik olan 136 Türkiyə vətəndaşının Almaniyadan sığınacaq istədiyini bildirib.

Mehr xəbər agentliyinin məlumatına görə, bu şəxslərin Almaniyadan sığınacaq istəmələri Türkiyədə baş vermiş uğursuz 15 iyul çevrilişindən sonra baş verib və 2016-cı ilin avqustundan 2017-ci ilin yanvarınadək təqdim olunubdur.

Ötən həftə Yunanıstanda da iki Türkiyə hərbçisi rəsmi Afinadan sığınacaq istəyibdir. Bu iki Türkiyə hərbçisi hazırda Yunanıstan polisinin həbsindədir.

Türkiyədə baş vermiş uğursuz 15 iyul çevrilişindən sonra bu ölkədən qaçmış türkiyəli hərbçilər ədalətsiz bir məhkəmədə onların işlərinə baxılacağından nigarandırlar.

2016-cı il uğursuz 15 iyul çevrilişindən bəri Türkiyənin başçıları ordu, polis, məhkəmə aparatı, müxalif siyasi şəxsiyyətlər, incənət xadimləri və yazıçılar sırasında geniş və kollektiv həbslər aparıblar.

Avropa Birliyi Türkiyə hökumətini çevriliş hadisəsindən öz siyasi müxalifləri ilə haqq-hesabı çürütmək üçün istifadə etməkdə ittiham edibdir.

Teqlər