Gürcüstan parlamentində dinləmə layihəsi qəbul olunub
-
Gürcüstan parlamentində dinləmə layihəsi qəbul olunub
Gürcüstan parlamenti müxalifət deputatlarının iştirak etmədiyi iclasında bu ölkədə dinləmə qanunu layihəsini təsdiqləyib.
İRNA-nın məlumatına görə, bu yeni qanuna əsasən, rabitə və telekommunikasiya dinləmələri üçün Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə bağlı texniki və əməliyyat agentliyi yaradılacaq.
Həmçinin bu agentliyə rəhbər Dövlət Təhlükəsizlik Xidmətinin təklifi ilə Gürcüstan baş naziri tərəfindən üç il müddətinə təyin olunacaq.
Yeni qanun texniki və əməliyyat agentliyinə telefon danışıqlarını dinləmə və qeydə alma, telekommunikasiya vasitələri və kompüter şəbəkələrindən lazımi məlumatların əldə olunması, coğrafi bölgənin müəyyənləşməsi, elektron məktublara nəzarət, gizli fotolar və video kadrların çəkilməsi və səs yazılarının qeydə alınmasına icazə verir.
Gürcüstan hökumətinə müxalif partiyaların deputatları bu qanun layihəsinə etiraz olaraq parlamentin iclasında iştirak etməyiblər.
Müxalifətin qənaətincə, yeni qanun bu ölkənin təhlükəsizlik qurumlarına məhkəmənin icazəsi olmadan hər bir şəxsi dinləmək imkanı verir.