Mart 03, 2017 13:45 Asia/Baku
  • Rusiya Mosul qırğınlarına sinzura tətbiq etdiklərinə görə qərb mediyalarını qınayıb
    Rusiya Mosul qırğınlarına sinzura tətbiq etdiklərinə görə qərb mediyalarını qınayıb

Rusiyanın Xarici İşlər Nazirliyi qərb mediyalarını İraqın Mosul şəhərində törədilmiş qırğınlara sinzura tətbiq etdiklərinə görə qınayıb.

İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova İraqın Mosul şəhərində əhalinin Amerika qüvvələri tərəfindən qırğın edildiyini bildirərək deyib: Qərb və Amerikanın əsas mediyaları bu sahəyə ciddi senzura tətbiq ediblər və bu hadisələr barədə heç bir məlumata yaymayıblar. 

Zaxarova deyib: Amerikanın başçılıq etdiyi koalissiyanın Mosula qarşı hava hücumları 2017-ci il yanvar ayından bəri 27 faiz artıb və bu müddətdə amerikanların hava hücumları nəticəsində 700 mülki həlak olub. 

Rusiyanın XİN sözçüsü qərb mediyalarının İraq hadisələri barədə təzadlı siyasətini xüsusiylə Mosul əhalisinin amerikanlar tərəfindən qırğın edilməsi qarşısında susqunluğunu, eyni zamanda Suriya ordusunun terrorçulara qarşı əməliyyatları əleyhinə msixoloji müharibə aparmalarını qınayaraq deyib: Mosulda mülkinin Amerika qüvvələri tərəfindən qırğın edilməsinə elə bir şəraitdə göz yumulur ki, həmin mediyalar Hələb savaşında tam fərqli fəaliyyətə malik  idilər. 

İndiyədək İraqın Mosul və Daqoq və Suriyanın Mənbəc bölgələrində yüzlərlə mülki həyatlarını itiriblər ancaq qərbdə insan haqlarını müdafiə iddiasında olan təşkilatlar və mediyalar hətta Birləşmiş Millətlər Təşkilatı belə, bu qətliamlara qarşı susqun mövqe tutublar.  

Teqlər