Mart 05, 2017 12:38 Asia/Baku
  • Trampın tərəfdarları və müxalifləri arasında qarşıdurma
    Trampın tərəfdarları və müxalifləri arasında qarşıdurma

Kaliforniyada ABŞ prezidentinin müxalifləri və tərəfdarları arasında qarşıdurma baş verib.

Raşa Tudey telekanalının verdiyi məlumata görə, Bruklində Trampın tərəfdarları və müxaliflərinin aksiyası zamanı qarşıdurma yaşanıb. Bəzi təxribatçı qüvvələr aksiya iştirakçılarına tərəf molotov kokteyli atıblar. 

Yaşanan qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Şahid ifadələrinə görə, polis tərəflər arasında qarşıdurmanı önləmək üçün heç bir tədbir görməyib. 

Kaliforniya Ştatı, Donald Trampın hakimiyyətə gəlməsindən sonra mühacirlərlə bağlı siyasətlərin yürüdülməsində müstəqillik qazanmaq və mühacirləri qorumaq üzrə ən çox səy göstərən ştatlardandır. 

Trampın siyasətləri ilə müxalif olanlar onu irqçi və anti-miqrant şəxs kimi təqdim edirlər. 

ABŞ prezidentinin siyasətləri ilə müxalif olanların sayı hər gün daha da artır . İstər ölkə daxilində, istərsə beynəlxalq səviyyədə Trampın siyasətləri ilə müxalif olanlar bildirirlər ki, Trampın iqtidara gəlməsi həm Amerikanı həm də dünyanı iğtişaşa sürükləyir. 

Teqlər