Mart 06, 2017 10:07 Asia/Baku
  • Hollandlar islamofob sözlərə etiraz ediblər
    Hollandlar islamofob sözlərə etiraz ediblər

Hollandiya vətəndaşlarından yüzlərlə nəfər sağ təmayüllü ifratçı Azadlıq partiyasının rəhbəri Gert Vildersin islamofob sözlərinə etiraz edib.

Frans-Press-in məlumatına görə, Hollandiyada vətəndaşlar və insan haqları müdafiəçiləri Amsterdamın böyük məscidinə toplaşaraq, bu ölkədə müsəlmanlara qarşı irqçilik hərəkətlərinin artması haqda nigarançılıq ediblər.

Sağ təmayüllü ifratçı Azadlıq partiyasının rəhbəri Gert Vilders bundan öncə Hollandiya parlamentində müsəlmanlara qarşı sərt bir ifadədə bildirmişdi ki, Hollandiyanın baş naziri olacağı halda, ölkədəki bütün məscid və islami məktəbləri bağlayacaq. Eləcə də Qurani-Kərimin və islami kitabların bu ölkədəki satışının qarşısını alacaq və müsəlman mühacirlərin bu ölkə ərazisinə girişlərinə mane olacaq.

Gert Vilders söz veribdir ki, Hollandiyada ABŞ prezidenti Donald Trampın səpkisində siyasət yeridəcək.

Vilders 2011-ci ildə müsəlmanlara qarşı zorakılıq və nifrətin təhrik edilməsində ittiham olundu, amma məhkəmə ona bəraət qazandırdı.

Bundan öncə Amsterdam universitetindəki bir tədqiqat mərkəzi bildirmişdi ki, 2015-ci ildən bəri bu ölkə məscidlərinə qarşı hücumlar artıbdır və statistikalara görə, indiyədək ekstremist qruplar tərəfindən məscidlərə qarşı 54 halda təhdid qeydə alınıbdır.

Hollandiyanın müsəlman icması bu ölkənin 17 milyonluq əhalisinin təqribən 900 min nəfərini təşkil edir ki, bu da Hollandiya əhalisinin beş faizi deməkdir.

Teqlər