Mart 06, 2017 10:33 Asia/Baku
  • Ərdoğan bir daha Türkiyə əsas qanununun islahını vurğulayıb
    Ərdoğan bir daha Türkiyə əsas qanununun islahını vurğulayıb

Türkiyə prezidenti bir daha Türkiyə əsas qanununun islahını vurğulayıb.

IRIB-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən İstanbuldakı çıxışında deyib: Gözlənilir ki, Türkiyə parlamenti bu ölkənin əsas qanununun islahı lə razılaşsın. O, bildirib ki, bu qanunun qəbul olunmasından sonra o, prezident kimi ölüm cəzası ilə razılaşacaqdır.

2017-ci ilin 16 aprelində keçiriləcək Türkiyə əsas qanunundan 18 maddənin dəyişdirilməsi barədə referendum prezidentin ixtiyarlarının artırılması ilə bu ölkənin siyasi quruluşunu parlament sistemindən prezidentlik sisteminə dəyişəcək.

Referendumun ümumi təsdiqi təqdirində Rəcəb Tayyıb Ərdoğan 2029-cu ilədək iki dövrədə Türkiyə prezident seçkilərində iştirak edə biləcək.

Türkiyə prezidenti bu çıxışda həmçinin Türkiyədə terrorçular, Fəthullah Gülən tərəfdarları və müxaliflər ilə mübarizə və onların yatırılmalarına da təkid edibdir.

Uğursuz 2016-cı il 15 iyul dövlət çevrilişindən bu yana Gülən şəbəkəsilə əlaqədə olma ittihamı ilə 125 mindən çox dövlət işçisi işdən çıxarılıb və polis və hərbi qüvvələrdən və digər dövlət işçilərindən təqribən 40 min nəfər də həbs olunubdur.

 

Teqlər