Rumıniyada anti-hökumət aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i261664-rumıniyada_anti_hökumət_aksiyası
Rumıniya xalqından minlərlə nəfər dünən dövlət korrupsiyası əleyhinə və bu ölkədə korrupsiya ilə mübarizə orqanına dəstək istiqamətində paytaxt Buxarestdə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2017 07:27 Asia/Baku
  • Rumıniyada anti-hökumət aksiyası
    Rumıniyada anti-hökumət aksiyası

Rumıniya xalqından minlərlə nəfər dünən dövlət korrupsiyası əleyhinə və bu ölkədə korrupsiya ilə mübarizə orqanına dəstək istiqamətində paytaxt Buxarestdə aksiya keçirib.

Assoşieyted-Press-in məlumatına görə, aksiyaçılar şüarlar verərək, hər cür siyasi nüfuz qarşısında bu ölkənin dövlət orqanlarının müstəqilliyini istəyiblər.

Etirazçılar bildiriblər ki, Rumıniyanın siyasət səhnəsində yeni bir dövr açmaq fikrindədirlər.

Bu aksiyanın keçirilməsi Rumıniya xalqının bu ölkədə dövlət korrupsiyası əleyhinə ən yeni etiraz hərəkətidir.

Rumıniya dövləti son zamanlar bir hökmdə gövlət işçilərinin bəzi mənfi rəftarlarının cinayət mahiyyətini ləğv edibdir.

Rumıniya dövləti habelə qəbul olunmaq üçün bu məsələni bir layihə formasında bu ölkə parlamentinə təqdim etmək niyyətindədir.