Mart 06, 2017 11:12 Asia/Baku
  • Çexiya və İtaliya xalqları Ukraynanın şərqindəki mülkilərə dəstək aksiyaları keçiriblər
    Çexiya və İtaliya xalqları Ukraynanın şərqindəki mülkilərə dəstək aksiyaları keçiriblər

Çexiya və İtaliya xalqları Donetsk və Luqanskın daxil olduqları Donbas məntəqəsindəki mülkilərə dəstək aksiyaları keçiriblər.

TASS-ın məlumatına görə, Çexiya Respublikasının xalqı dünən paytaxt Praqada prezident sarayı yaxınlığında aksiya keçirərək, bu ölkənin rəsmiləri və Avropa İttifaqı başçılarından istəyibdir ki, Ukraynanın şərqindəki əhalinin məişət durumunu himayə etsinlər.

Aksiya iştirakçıları habelə Çexiya Respublikası və Avropa İttifaqının başçılarından, eləcə də dünya ictimaiyyətindən istəyiblər ki, Ukraynanın Donbas məntəqəsinin mühasirəsinə reaksiya göstərsin və bu ölkənin şərq hissəsi mülkilərinin problemlərlə üzləşmələrinə gətirib çıxarmış Ukrayna ordusunun zorakılıq hərəkətlərinin dayandırılması üçün Kiyevi təzyiq altında qoysunlar.

Bu məlumata görə, dünən Roma və Venetsiya daxil olmaqla İtaliyanın müxtəlif şəhərlərində də Ukraynanın şərq hissəsi əhalisinə dəstək aksiyaları keçirilibdir.

Ukraynanın şərq məntəqələrindəki döyüşlər 2014-cü ildən başlanıb və BMT statistikalarına əsasən, indiyədək təqribən on min nəfər ölüb, 21 min nəfərdən çox insan da yaralanıbdır.

Teqlər