Mart 06, 2017 11:28 Asia/Baku
  • Yaponiya və C.Koreya Ş.Koreyanın dörd raket sınağına reaksiya veriblər
    Yaponiya və C.Koreya Ş.Koreyanın dörd raket sınağına reaksiya veriblər

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizinə tərəf dörd raket atmasını pisləyiblər.

IRNA-nın məlumatına görə, Şimali Koreya bu gün səhər bu ölkənin Çin ilə sərhədi yaxınlığındakı Donq Çan Ri məntəqəsindən Yapon dənizinə tərəf dörd ballistik raket atıb və raketlər Yaponiyanın nəzarətində olan iqtisadi məntəqənin suları yaxınlığında eniblər.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, həmin raketlərin Şimali Koreya tərəfindən atılmasını BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq qanunların aşkar şəkildə pozulması adlandırıb.

Pxenyanın bu hərəkətinin ardınca Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası bu ölkənin prezidenti vəzifəsini icra edən baş nazir Huan Kio Ahenin sədrliyi ilə fövqəladə iclas keçirib.

Yaponiya dövlətinin sözçüsü Yuşihida Soqa da həmin raketlərin Şimali Koreya tərəfindən atılmasını pisləyib və deyib: Atılmış dörd raketin üçü Akita vilayətinin 250 kilometrliyində yerləşən bir nöqtədə- Yaponiya iqtisadi məntəqəsində enibdir ki, bu da böyük nigarançılıq doğurur.

Həmçinin bu gün Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının rəsmiləri, xarici işlər naziri və bu ölkənin yüksək vəzifəli nüvə rəsmiləri həmin məsələ və Şimali Koreyanın təhdidlərilə mübarizə yolları barədə öz yapon və amerikan həmkarları ilə danışıblar.

Pxenyan dəfələrlə vurğulayıbdır ki, Amerika və onun müttəfiqləri Şimali Koreyaya qarşı təhdidlərini davam etdirən zamanadək bu ölkə də öz hərbi qabiliyyətləri və önləyici hücum qüdrətini gücləndirməyi davam etdirəcəkdir.

Teqlər