Mart 07, 2017 09:37 Asia/Baku
  • Lüksemburqda İranın 1.6 milyard dolları dondurulub
    Lüksemburqda İranın 1.6 milyard dolları dondurulub

The New York Times qəzeti bildirib ki, ABŞ başda olmaqla qərb dövlətlərinin İrana qarşı düşmənçilik siyasətlərinin davamında lüksemburqlu bir hakim bu ölkədə İran İslam Respublikasının Mərkəzi Bankına aid olan 1.6 milyard dollarlıq vəsaitin dondurulmasına hökm verib.

The New York Times dünən bildirib: İranın mərkəzi bankının Lüksemburqda saxlanılan əmlakının dondurulması cəhdləri ABŞ-ın keçmiş hökumətinin rəsmiləri tərəfindən həyata keçmişdir. 

Bu məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşları tərəfindən törədilən 11 sentyabr hadisəsinin qurbanlarından ibarət bir qrup Amerika məhkəməsinin qiyabi hökmunun icrası üçün misli görünməmiş bir hərəkətdə Lüksemburq məhkəməsinə müraciət ediblər. 

The New York Times qəzeti bu işdə İrana qarşı hökm çıxarılması prossesini şərh edərkən yazır: 2011-ci ildə 11 sentyabr hücumlarının qurbanlarından ibarət bir qrup Nyu-York federal hakimi Corc B.Danyelsdən İrana qarşı hökm çıxarmasını istədilər. Bu qrup 11 sentyabr hücumlarında İranın terrorçu Əl-Qaidə qrupuna yardım etdiyini iddia edirdilər. 

Corc B.Danyels də 2012-ci ildə İranın bu hücumların qurbanlarına 2 milyard və 5 milyard dollar da cərimə ödəməli olduğuna hökm verdi, Lakin İrandan bu pulun alınmasının mümkün olmadığına görə məhkəmənin hökmü bir neçə il dayandırıldı və nəhayət bəlli oldu ki, qərbin İrana qarşı sanksiyaları nəticəsində dondurulmuş İranın Mərkəzi Bankının 1.6 milyard dollar vəsayiti Lüksemburqda Klerstrim şirkətində saxlanılmaqdadır. 

Bu işi istiqamətləndirən iki vəkil Amerikanın keçmiş hökumətinin rəsmiləri olublar. 

ABŞ konqresinin təhqiqat qrupunun 2001-ci il 11 sentyabr hücumlarından bir neçə ay sonra hazırlamış olduğu 28 səhifəlik hesabat son günlərdə yayılıb. 

Bu sənədlərdə deyilir: Təyyarə oğruları, baxmayaraq ki, Amerikada idilər, amma Səudiyyə Ərəbistanı rəsmiləri ilə əlaqədə olan adamlar tərəfindən yardım alıbmışlar. 

11 sentyabr hücumlarında iştirak edən 19 təyyarə oğrusundan 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. 

 

Teqlər