Mart 07, 2017 10:27 Asia/Baku
  • Vaşinqton prokuroru Trampın yeni fərmanını onun təslim olmasının əlaməti adlandırıb
    Vaşinqton prokuroru Trampın yeni fərmanını onun təslim olmasının əlaməti adlandırıb

Vaşinqton prokuroru deyib: Trampın yeni fərmanında şikayət edilən cəhətlərin çoxu nəzərə alınıb və bu Trampın təslim olmasını göstərir.

İRİB-in verdiyi məlumata görə, Vaşinqtonun baş prokuroru Bob Ferqusen ABŞ prezidenti Donald Trampın yeni fərmanına münasibət bildirərkən deyib: Trampın yeni fərmanı Qrin kardı olanlar yaxud viza almış qeyd olunan altı ölkə vətəndaşlarını əhatə etmir və bunlar Trampın özünün əvvəlki mövqeyindən geri çəkildiyini göstərir. 

Ferqusen deyib: Amerika prezidenti özünün ilk fərmanının müdafiə ediləsi olmadığını başa düşüb. 

Vaşinqtonun baş prokuroru deyib: Yeni fərman martın 16-dək icra edilməyəcək, başqa sözlə onun icrası üçün 10 gün vaxt var və bunun özü göstərir ki, əvvəlki fərman qeyri-qanuni imiş və ölkə konstitusiyasına zidd imiş. 

Trampın miqrantlarla əlaqədar yeni fərmanına əsasən İran, Suriya, Yəmən, Somali, Sudan və Liviya vətəndaşlarına müvəqqəti olaraq viza verilməyəcək və miqrantlar da 120 günədək Amerikaya daxil ola bilməyəcəklər. 

Trampın yeni fərmanında viza qadağasının tətbiq etdiyi ölkələr siyahısından İraqın adı çıxarılıb. 

Teqlər