ABŞ konqresinin müsəlman üzvləri Trampın növbəti fərmanını pisləyiblər
-
ABŞ konqresinin müsəlman üzvləri Trampın növbəti fərmanını pisləyiblər
ABŞ konqresinin iki müsəlman üzvü bu ölkə prezidentinin 6 müsəlman ölkənin vətəndaşlarına vizanı qadağan edən fərmanının 2-ci nüsxəsini pisləyiblər.
CNN telekanalının bu gün verdiyi məlumata görə, nümayəndələr palatasının İndiana ştatından olan müsəlman üzvü Andre Karson bir Twitt-də yazıb: Bir daha xoşagəlməz hadisələrin şahidi oluruq.
Minnesota ştatının demokrat nümayəndəsi və Konqresin ilk müsəlman üzvü olan Kit Elison da ABŞ prezidenti Donald Trampın yeni fərmanının ilk fərmanın hüquqi təhlükələr nəzərə alındiqdan sonra yazılmış başqa surəti olduğunu bildirərək deyib: Bu fərmanda müsəlmanların Amerikaya girişinə qadağa qoyur və ilk fərmanın yenidən yazılmış nüsxəsidir.
Elison deyib: Tramp etiqadlarına görə müsəlmanların Amerikaya girişinə mane olmaq istəyir.
Trampın respublikaçı himayədarlarını təəccübləndirən onun ilk fərmanının əksinə olaraq ikinci fərmanını respublikaçılar dərhal dəstəklədilər və Con Mak Kinlə birlikdə Trampın fərmanının ciddi müxaliflərindən olan Senator Lindsi Qraham ikinci fərmana görə Trampı təbrik edib.
Senatda demokratların rəhbəri senator Çak Şumer isə dünən yeni fərmanın da məhkəmə tərəfindən müəyyən manelərlə üz-üzə duracağını proqnozlaşdırmışdı.
Trampın yeni fərmanında İraqın adı çıxarılıb və ilk fərmanda əlavə xristian mühacirlərin qəbul olunacağına dair qalmaqala səbəb olan cümlələrdən istifadə olunmayıb. İkinci fərmanda İran, Somali, Suriya, Yəmən, Liviya və Sudan müsəlmanlarının Amerika ərazilərinə daxil olmalarına qadağa tətbiq edilir.
Trampın ilk anti-miqrant fərmanı yanvarın 27-də imzalandı və federal məhkəmə tərəfindən onun icrası dayandırıldı.