Mart 07, 2017 20:57 Asia/Baku
  • Koreya yarımadasında raket gərginliyi
    Koreya yarımadasında raket gərginliyi

Şimali Koreyanın 4 ədəd ballistik raketi sınaqdan keçirməsindən bir gün sonra, ABŞ TAD adlı raketdən müdafiə sistemini Cənubi Koreyada yerləşdirəcəyini bildirib. Çin ABŞ-ın Cənubi Koreyada raket müdafiə sistemini yerləşdirməsini təhrikedici adlandırıb. Cənubi Koreya hökumətinin müxalifəti və tənqidçiləri də TAD raket müdafiə sisteminin yerləşdirilməsini gərginliklərin artmasına səbəb olacağını bildiriblər.

BMT Təhlükəsizlik Şurası da Şimali Koreyanın ballistik raketlərini sınaqdan keçirməsi ilə əlaqədar sabah fövqəladə iclas keçirəcək.

Koreya yarımadasında raket gərginliyi. Şimali Koreyada bu sınaq raketlərinin atılması Koreya yarımadasında vəziyyəti yenə də qarışdırıb.

Adəti üzrə, Yaponiya və Cənubi Koreya nigaran oldular. ABŞ və BMT Şimali Koreyanın bu sınağını pisləməklə yanaşı, bu iki nigaran və iztirablı ölkəni dəstəklədilər. Çin və Rusiya da hamını təmkinli olmağa çağırıblar.

Bu yarıməsrli raket gərginliyində yeni hadisə, Amerikanın raket əleyhinə müdafiə sistemi TAD-ı yerləşdirməsinə qərar verməsi idi.

Şimali Koreya 4 ballistik raketini sınaqdan keçirdikdən dərhal sonra, ABŞ bildirdi ki, gələn iki ay ərzində TAD sistemini Cənubi Koreyada yerləşdirəcək.  Bu addım hətta Cənubi Koreya rəsmilərinin də reaksiyasına səbəb olub.

Cənubi Koreya müxalifət partiyasının sədri Li Cay Mionq deyib: TAD sistemi Şimali Koreyanın raketlərinin qarşısını ala bilməz. Bu sistemin 1000 raketin atılmasına mane olacaq qüdrəti yoxdur. TAD sistemi hətta bizim ölkəmizin bir hissəsini belə əhatə edə bilməz. Bu sistem sadəcə gərginliyi artırır. Onun yerləşdirilməsi yanlışdır.

Şərqi Asiyada ABŞ-ın ən böyük rəqibi və Şimali Koreyanın ən önəmli hamisi Çin də ABŞ-ın bu hərəkətini təhrikedici adlandırıb.

Çin XİN-in sözçüsü Qonq Şvanq deyib: Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın müştərək hərəkətləri ziddiyyəti artırır və vəziyyəti daha da mürəkkəbləşdirir. Cənubi Koreyada TAD sisteminin yerləşdirilməsi ABŞ-ın ekspansiyası və tamahkarlığıdır və acınacaqlı nəticələri olacaqdır.

ABŞ bildirir ki, 1000 kilometrlik radiusla TAD sistemi 200 kilometrlik ərazidə ortaradiuslu raketləri məhv edə bilər. ABŞ bundan öncə də Şimali Koreyanın raket sınaqları bəhanəsi ilə Sakit okeanda Quam və Havayi adalarında bu sistemləri yerləşdirmişdi.

 

Teqlər