Mart 08, 2017 10:43 Asia/Baku
  • Mövlud Çavuşoğlu: Avropa Türkiyə əleyhinə terrorizmin bütün növlərini dəstəkləyir
    Mövlud Çavuşoğlu: Avropa Türkiyə əleyhinə terrorizmin bütün növlərini dəstəkləyir

Türkiyə xarici işlər naziri Avropanın ölkəsinə qarşı terrorizmin bütün növlərini dəstəklədiyini dedi.

Röyters bildirir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Almaniyada çıxış edərək, Avropanın terrorizm ilə mübarizə üzrə siyasətini kəskin tənqid edib və deyib: Almaniyanın davamlı olaraq Türkiyə vətəndaşlarına təzyiq göstərməsi qəbuledilməzdir. 

Hamburq şəhərində, Türkiyə konsulluğunda, Türkiyə vətəndaşı olan 200 nəfər qarşısında çıxışı zamanı bu fikirləri səsləndirən Mövlud Çavuşoğlu deyib: Almaniya yaxşı olar ki, Türkiyədə seçki və referendumla bağlı məsələlərə müdaxilə etməsin. 

M.Çavuşoğlu əlavə edib: Avropa irqçilik, İslamofobiya və mühacirfobiya sahəsində ciddi problemlərə malikdir. 

16 mart 2017-ci il tarixində Türkiyədə ölkənin siyasi quruluşunun parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişdirilməsi barədə referendum keçiriləcək. 

Almaniya və Türkiyə əlaqələri Türkiyədə keçiriləcək referendumla bağlı Almaniyanın mənfi reaksiyalarına görə ciddi çəkişmələrin şahididir. 

Almaniya hökuməti ölkə səviyyəsində Türkiyə əleyhinə təşkil edilən aksiyalara görə yerli rəsmilərin məsuliyyət daşıdığını iddia edir. Ankara isə Almaniya dövlətini Türkiyə əleyhinə mənfi təbliğat aparmaqda ittiham edir. 

Almaniya, Türkiyədən kənarda yaşayan ən iri türk diasporasına malikdir. Belə ki, Almaniyada 5 milyona yaxın Türk yaşayır. Onların 1.4 milyon nəfəri Türkiyədə keçiriləcək referendumda iştirak edə bilər. 

Teqlər