Şimali Koreyanın nüvə fəaliyyətlərini dayandırması üçün Çinin təklifi
Çinin xarici işlər naziri Cənubi Kreya və Amerikanın məntəqədəki geniş hərbi manevrlərini dayandırması müqabilində Şimali Koreyanın öz nüvə və raket proqramlarını dayandırmasını təklif edib.
APTN-nin verdiyi məlumata görə, Çinin xarici işlər naziri Vanq Yi deyib: İlk mərhələdə Şimali Koreya öz nüvə və raket proqramlarını Cənubi Koreya və Amerikanın məntəqədəki geniş hərbi manevrlərini dayandırması müqabilində dayandırsın. Bu ikitərəfli addım regionun hazırkı gərgin vəziyyətdən xilas olmasına kömək edəcək və tərəfləri yenidən müzakirə masasına qayıtmağa razı salmaq imkanı yaranacaq. Bundan sonra Koreya Yarımadasında tərksilah və slühün bərqərar edilməsi istiqamətində addımlar atıla bilər. Yalnız hər iki tərəfin nigaranlıqlarına eyni zamanda və bərabər şəkildə diqqətin göstərilməsi ilə Koreya Yarımadasında davamlı sülh və sabitliyə nail olmaq olar.
Çinin xarici işlər naziri həmçinin, Cənubi Koreyadan istəyib ki, bu ölkə ərazisində ABŞ-ın raket sisteminin yerləşdirilməsi planını durdursun.
Onun dediyinə görə, Seulun bu addımı Koreya Yarımadasında ən ciddi problemdir və Pekin - Seul əlaqələrinə də mənfi təsir buraxmış olacaq.
ABŞ-ın raket sisteminin quraşdırılması üçün lazım olan raket platformaları və digər təchizatlar çərşənbə axşamı Cənubi Koreyaya gətirilib.