Mart 09, 2017 11:07 Asia/Baku
  • Trampın yeni anti-miqrant fərmanına qarşı şikayət
    Trampın yeni anti-miqrant fərmanına qarşı şikayət

Amerikada bir federal hakim deyib: Havai ştatı ABŞ prezidenti Donal Trampın 6 müsəlman ölkənin vətəndaşlarının Amerikaya girişinə qadağa qoyan yeni fərmanına qarşı əlavə şikayət hazırlaya bilər.

İRİB-in verdiyi məlumata görə, Havai ştatının regional məhkəməsinin hakimi Drik Vatson deyib: Bu ştat Trampın öncəki fərmanına qarşı tənzimlədiyi şikayət ərizəsini Trampın yeni fərmanındakı dəyişikliklərə uyğunlaşdıra bilər. 

Havai ştatının məhkəmə rəsmiləri dünən bildiriblər ki, Trampın yeni fərmanı ABŞ konstitusiyasına ziddir. 

Bu şikayət Trampın yeni fərmanına qarşı ilk qanuni çəkişmə olacaq. 

Havai ştatı dünən məhkəmədən istəyib ki, Trampın yeni fərmanının icrasını müvəqqəti olaraq dayandırsın. Bu iş barədə məhkəmənin iclası martın 15-də Trampın yeni fərmanının icrasından bir gün öncə keçiriləcək. 

Tramp bazar ertəsi günü yeni fərman imzalayaraq 6 müsəlman ölkənin (İran, Suriya, Sudan, Somali, Liviya və Yəmən) vətəndaşlarının Amerikaya səfərinə qadağa qoyub. 

Trampın yeni və öncəki fərmanı dünya səviyyəsində etirazlara səbəb oldu. Dünyanın bir çox ölkəsi ABŞ prezidentinin qərarlarını beynəlxalq qanunlara zidd hesab edərək onların ayrı-seçkiliyə yol açdığını bildiriblər. 

Teqlər