Almaniyada terror hücumu xəbərdarlığı
Almaniyanın daxili kəşfiyyat xidmətinin rəisi ifratçıların sayının artmasını nəzərə alaraq bu ölkədə hər an terrorçu hadisənin baş verəcəyi ehtimalı barədə xəbərdarlıq edib.
Russia Today-in verdiyi məlumata görə, Almaniyanın Konstitusiyanı Mühafizə Federal İdarəsinin rəisi Hans-Georg Maassen dünən bir bəyanat yayaraq bildirib ki, Almaniyada hər an terrorçu hücum eytimalı var.
Maassen " islam terrorizmi tərəfindən Almaniya və onun mənafeinə qarşı təhlükənin yüksək səviyyədə olduğunu" vurğulayıb.
Bu alman rəsminin dediyinə görə, Son illər ərzində təhdidlər artıb və 2013-cü il ilə müqayisədə üç qat olub.
Almaniya paytaxtı Berlində Krisməs bazarında 12 adamın ölümü və 56 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən sonra bu ölkənin kəşfiyyat xidmətləri hazırlıq vəziyyətinə keçib.