Mart 10, 2017 13:04 Asia/Baku
  • Almaniyada əhaliyə qarşı balta ilə hücumda beş nəfər yaralanıb
    Almaniyada əhaliyə qarşı balta ilə hücumda beş nəfər yaralanıb

Almaniya polisi bu ölkənin qərbindəki Düsseldorf şəhərinin dəmiryolu stansiyasında iki nəfərin əhaliyə qarşı balta hücumu nəticəsində azı beş nəfərin yaralanmasından xəbər verib.

Əlaləm telekanalının məlumatına görə, Almaniya polisi dünən gecə bu hücumla bağlı iki nəfəri həbs edib. Bununla belə, Almaniyanın polis mənbələri bildiriblər ki, bu hücumda başqa şəxslərin əlinin olması imkanı var. Bu hücumun ardınca qatarların bu stansiyada hərəkəti tam şəkildə dayandırılıb və çoxlu sayda polis qüvvəsi stansiyanın ətrafını mühasirəyə alıb. Vertolyotlar da məntəqəni nəzarətə alıblar.

Bu qəbildən olan ən yeni hücumlarda fevralın 25-də Almaniyanın Haydelberq(Heidelberg) şəhərində bir yük maşınının sürücüsü maşını səkidə hərəkətdə olan əhaliyə doğru sürərək, üç piyadanı basıb. Nəticədə bir nəfər ölüb, iki nəfər də yaralanıbdır.

Ötən ilin 19 dekabrında da buna oxşar hadisə baş vermişdi. Belə ki, yeni milad ili ərəfəsində yerli bir bazarda alqı ilə məşğul olan əhaliyə qarşı yük maşını ilə terror hücumu həyata keçirildi. Nəticədə azı on iki nəfər öldü, 48 nəfər də yaralandı.

Almaniya Suriya və İraqdakı terror qruplarının əsas himayədarlarından biri kimi son aylarda bir sıra terror hərəkəti və təhdidi ilə üzləşir.

Teqlər