C. Koreyanın kənarlaşdırılmış prezidentinin tərəfdarları aksiya keçiriblər
-
C. Koreyanın kənarlaşdırılmış prezidentinin tərəfdarları aksiya keçiriblər
Park Geon Hayın tərəfdarları bu ölkənin paytaxtı Seulda geniş aksiya keçirərək, əsas qanun məhkəməsinin onun kənarlaşdırılmasına dair hökmünə etiraz ediblər.
Sputnik xəbər agentliyinin məlumatına görə, bu gün Park Geon Hayın tərəfdarlarından minlərlə nəfər bu ölkənin əsas qanun məhkəməsi önündə aksiya keçirərək, Haya dəstək olan şüarlar veribdir.
Aksiya polis və təhlükəsizlik qüvvələrilə toqquşmaya gətirib çıxarıb. Nəticədə iki etirazçı ölüb, azı on nəfər də yaralanıbdır. Məlumatlara görə, Cənubi Koreya prezidentinin tərəfdarları aksiya təşkil olunandan sonra çığırmağa və əllərindəki bayraqlarla polis qüvvələrini döyməyə başlayıblar. Aksiyaçılar habelə əsas qanun məhkəməsi önündəki polis avtobusunun üstünə dırmaşıblar.
Belə bir halda Cənubi Koreyanın polis və təhlükəsizlik qüvvələri bu gün səhərdən Seulda və bu ölkənin digər şəhərlərində təhlükəsizlki tədbirləri həyata keçiriblər.
Pakr Geon Hayın siyasi korrupsiya rüsvayçılığından özünü təmizə çıxarmaq üçün adını Liberti Koreya, başqa sözlə, Azad Koreya-ya dəyişmiş bu ölkədəki hakim "Sae Nuri" partiyası Cənubi Koreya xalqından üzr istəyibdir.
Cənubi Koreyanın əsas qanun məhkəməsi bu gün bu ölkənin impiçment edilmiş prezidenti Park Geon Hayın siyasi korrupsiyasını təsdiq edərək, onun kənarlaşdırılması haqda qərar çıxarıbdır.
Hayın kənarlaşdırılmasından sonra qarşıdakı 60 gün ərzində Cənubi Koreyada prezident seçkiləri keçirilməlidir.