BAT İngiltərə silahlarının Ərəbistana satılmasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i262112-bat_İngiltərə_silahlarının_Ərəbistana_satılmasını_tənqid_edib
Beynəlxalq Amnistiya Təşkilatı İngiltərə silahlarının Ərəbistana satılmasının dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2017 13:09 Asia/Baku
  • BAT İngiltərə silahlarının Ərəbistana satılmasını tənqid edib
    BAT İngiltərə silahlarının Ərəbistana satılmasını tənqid edib

Beynəlxalq Amnistiya Təşkilatı İngiltərə silahlarının Ərəbistana satılmasının dayandırılmasını istəyib.

Press TV-nin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı dünən yaydığı bir hesabatda Ərəbistana silah satması və bu silahlardan Yəmən xalqının qətli-am edilməsində istifadə edilməsinə görə, İngiltərə dövlətini tənqid edib və İngiltərə tərəfindən Ərəbistana silah satılmasının dayandırılmasını istəyib.

Beynəlxalq Amnistiya Təşkilatı İngiltərə xalqından da istəyibdir ki, Ərəbistana silah satışının dərhal dayandırılması üçün öz parlament nümayədələrindən bu ölkə dövlətinə təzyiq göstərmələrini istəsin.

Beynəlxalq Amnistiya Təşkilatı Londona xəbərdarlıq edibdir ki, hərbi cinayətin bariz nümunəsi olan hərəkətlərdə Ərriyad ilə şərik olmasın.

Bundan qabaq da Beynəlxalq Amnistiya Təşkilatının nümayəndələri Madriddə İspaniya rəsmilərilə görüşlərdə Ərəbistana silah satdığına görə, bu ölkə dövlətini tənqid etmişdilər.

Ərəbistanın ABŞ-ın, Qərb ölkələrinin, eləcə də Ərriyadla müttəfiq olan ərəb ölkələrinin himayələrilə Yəmənə qarşı həyata keçirdiyi hücumlar on bir mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə insanın yaralanması, milyonlarla nəfərin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılmasına bais olubdur.