Putin: İran, Rusiya və Türkiyənin səyləri Suriyada atəşkəsə səbəb oldu
"İran, Rusiya və Türkiyənin birgə səyləri Suriyada atəşkəs rejiminin davam etməsinə səbəb olub".
Bu sözləri Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya, İran və Türkiyənin birgə səyləri Suriyada qarşıdurmaların səviyyəsinin diqqəti cəlb edəcək dərəcədə azalmasına, bu ölkə hökuməti ilə silahlı müxaliflər arasında Qazaxıstan paytaxtı Astanada birbaşa müzakirələrə başlanmasına imkanın yaranmasına da səbəb olmuşdur.
"Suriyada vəziyyət hələ də mürəkkəbdir və bu ölkə böhranının diplomatik yolla həllinə çatmaq istiqamətində çoxlu problemlər vardır. Lakin Moskva Suriyada sülh anlaşmasının əldə olunacağına nikbindir" -deyə Putin əlavə edib.
Mətbuat konfransında Türkiyə prezidenti də Suriya və İraqın parçalanmasına Ankara üçün heç vaxt dözüləsi olmayacağını xatırladıb.
Suriya böhranı 2011-ci ildən Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə ilə başlanmışdır.