Almaniya deputatları bu ölkə hərbçilərinin İncirlikdən çıxmalarını istədi
https://azeri.sahartv.ir/news/dünya-i262396-almaniya_deputatları_bu_ölkə_hərbçilərinin_İncirlikdən_çıxmalarını_istədi
Almaniyanın Sosial-Xristian partiyası Ankara və Berlin arasında əlaqələrin gərginləşməsinə toxunaraq bu ölkə hərbçilərinin İncirlik Hərbi Hava bazasından çıxarılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2017 18:50 Asia/Baku
  • Almaniya deputatları bu ölkə hərbçilərinin İncirlikdən çıxmalarını istədi
    Almaniya deputatları bu ölkə hərbçilərinin İncirlikdən çıxmalarını istədi

Almaniyanın Sosial-Xristian partiyası Ankara və Berlin arasında əlaqələrin gərginləşməsinə toxunaraq bu ölkə hərbçilərinin İncirlik Hərbi Hava bazasından çıxarılmasını istəyib.

Almaniya İnformasiya Agentliyinin məlumatına görə, Sosial-Xristian partiyasının sözçüsü Florin Han deyib: Almaniya bu ölkə hərbçilərinin Türkiyə prezidentinin söz atışmasına vasitəyə çevrilməsinəi icazə verməməlidir.

Alman siyasətçi İncirlik hərbçilərinin nəqli üçün İordaniyanı önəmli alternativ hesab edib.