Mart 15, 2017 21:56 Asia/Baku
  • Almanlar Avropa Birliyi və Türkiyə müzakirələrinin dayandırılmasını istəyir

Yeni rəy sorğusunun nəticələrinə görə, Almaniya vətəndaşlarının üçdə ikisi hökumətdən Türkiyənin Avropa Birliyinə üzvlüyü müzakirələrini dayandırmasını istəyir.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Bild qəzetinin sifarişi nəticəsində İnsa institutunun apardığı rəy sorğusunun nəticələrinə əsasən, Almaniyada respondentlərin 64%-i Türkiyənin Avropa Birliyinə üzvlüyü haqda müzakirələrin dayandırılması ilə razıdır.

Bu rəy sorğusuna əsasən, 11% müzakirələrin yenidən başlaması ilə razı olduğunu, qalan şəxslər isə cavab verməkdən çəkinib.

Avropa ölkələrinin Türkiyə ilə əlaqələri son günlərdə daha da gərginləşib.

Avropa dövlətləri, o cümlədən Almaniya, Hollandiya, İsveçrə və İsveç Türkiyə rəsmilərinin bu ölkədə konstitusiyaya dəyişikliklər üzrə referendum haqda çıxışlarına qarşı çıxıblar.

Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referendum 16 apreldə keçiriləcək.

Teqlər