Bolqarıstan öz səfirini Türkiyədən geri çağırıb
-
Bolqarıstan öz səfirini Türkiyədən geri çağırıb
Bolqarıstan dünən, Ankaranı bu ölkənin martın 26-da keçiriləcək parlament seçkilərinə qarışmaqda ittiham etdikdən bir neçə gün sonra özünün Türkiyədəki səfirini məşvərət üçün geri çağırıb.
Əlaləm-in məlumatına görə, Bolqarıstan Xarici İşlər Nazirliyi öz səfirini Türkiyədən geri çağırması barədə artıq təfərrüat verməyib.
Bolqarıstan ötən həftə də Ankaranın dəstəklədiyi bu ölkədəki türk azlıqların Dost adlı partiyasının seçki təbliğatına müdaxilə etməsinə etiraz olaraq, Türkiyə səfirini çağırtdırmışdı.
Rəsmi Sofiya habelə Türkiyədə yaşayan 60 minə yaxın Bolqarıstan vətəndaşını Dost partiyasının xeyrinə səs verməyə təşviq etdiyinə görə, Ankaranı tənqid etmiş və bu hərəkəti Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırmışdı.
Avropa İttifaqının üzvü sayılan Bolqarıstan Türkiyə ilə 270 kilometrlik müştərək sərhədə malikdir.
Sofiya-Ankara əlaqələrindəki gərginlik elə bir haldadır ki, son günlər Türkiyənin bir neçə Avropa ölkəsi ilə əlaqələri türkiyəli rəsmilərin bu ölkədə keçiriləcək 16 aprel referendumundan öncə bəzi Avropa ölkələrində təbliğat kampaniyalarında iştirak etmələrinin əngəllənməsi üzündən gərginləşibdir.
Avropalılar bu qənaətdədirlər ki, Ərdoğan Türkiyəni diktatorluğa doğru sürükləyir.