Almaniya Türkiyəyə xəbərdarlıq etdi
Almaniya daxili işlər naziri Türkiyənin son hərəkətlərini məqsədli fitnəkarlıqlar adlandırıb.
Almaniya daxili işlər naziri Tomas De Meyzer Ankara və Berlina rasındakı son gərginliklərə münasibət bildirib: Türkiyə Almaniya və bəzi Avropa ölkələri əleyhinə fitnəkarlıq edir. Halbuki bu hərəkət qəbuledilməz hərəkətdir.
Almaniya daxili işlər naziri Türkiyənin miqrantlara ev sahibliyinə dair bu ölkə ilə Avropa Birliyinin anlaşması haqda da deyib: Anlaşma tərəflər arasında imzalanmışdır və Türkiyə tərəfinin onu yerinə yetirilməsi gözlənilir.
Rəsmi Ankara və Berlin arasında gərginlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəzi Avropa ölkələrində türk rəsmilərin referenduma dəstək mitinqlərdə iştirak etməsinin qadağan olunması ilə Almaniya və bəzi Avropa ölkələrini sərt tənqid etməsindən sonra başlanıb.
Ötən cümə günü Türkiyə hökumətinin tərəfdarı olan bir qəzet Almaniya kansleri Angella Merkelin şəklini qısa bığ və nasist uniforması ilə dərc edib.