ABŞ dövlət katibi Çin prezidenti ilə görüşüb
-
ABŞ dövlət katibi Çin prezidenti ilə görüşüb
ABŞ dövlət katibi Reks Tillerson Pekində Çin prezidenti Xi Jinpinglə görüşdə bir daha Şimali Koreyanı hərbi hücumla hədələyib.
Çin informasiya agentliyinin məlumatına görə, Tillerson deyib: Vaşinqton Şimali Koreyanın nüvə və raket proqramı ilə mübarizə üçün hərbi seçimə üz tutacaq.
O bundan öncə də Seulda Cənubi Koreya xarici işlər naziri Yun Byung-se ilə görüşdən sonra keçirilən mətbuat konfransında Şimali Koreyanı hərbi hücumla hədələmişdi.
Bu arada qeyd edək ki, Şimali Koreya ABŞ-ın Koreya yarımadasında hərbi hərəkətləri davam etdirməklə, Cənubi Koreya ilə müxtəlif hərbi təlimlər keçirməklə, bu ölkədə Tad hərbi raket sistemini yerləşdirməklə, eləcə də Cənubi Çin dənizi və Şərqi Çin dənizi münaqişəsində müdaxilə etməklə bölgədə de-stabilliyi şiddətləndirir.
ABŞ dövlət katibi Yaponiya və Cənubi Koreyadan sonra Çinə səfər edib.