Mart 20, 2017 11:06 Asia/Baku
  • Almaniya xarici işlər naziri Ərdoğana xəbərdarlıq edib
    Almaniya xarici işlər naziri Ərdoğana xəbərdarlıq edib

Almaniyanın xarici işlər naziri Türkiyə prezidentinin Almaniya kanslerinə qarşı sözlərini tənqid edərək, ona xəbərdarlıq edib.

Frans-Press-in məlumatına görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bazar günü Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğanın Almaniya kansleri Angela Merkelə qarşı sözlərinə reaksiyada deyib: Rəcəb Tayyıp Ərdoğan danışığına fikir verməli və öz həddini aşmamalıdır.

Qabriel Ərdoğandan istəyibdir ki, qırmızı xətləri keçməsin.

Türkiyə prezidenti dünən İstanbulda etdiyi çıxışında Almaniya kansleri Angela Merkeli nasistlərin metodundan istifadə etməkdə ittiham etdi.

Almaniya və Hollandiya hökumətlərinin Avropada yaşayan Türkiyə vətəndaşlarının Türkiyə əsas qanununun islahı barədə referenduma dəstək vermələrini cəlb etmək üzrə təbliğat kampaniyalarının keçirilməsini əngəlləmələrinin ardınca Ankara ilə Berlin Amsterdam arasında gərginlik artıbdır.

Başlıca olaraq Türkiyə əsas qanununun islahı üzrə referendum ilə bağlı təbliğat kampaniyaları üstündə olan Ankara ilə Berlin arasındakı ixtilaflar ötən həftələrdə yüksəlibdir.

Prezidentin ixtiyarlarının artması ilə Türkiyənin siyasi quruluşunu parlamentdən prezidentlik üsul-idarəsinə dəyişəcək Türkiyə əsas qanununun 18 maddəsinin dəyişdirilməsi barədə referendum 2017-ci il aprelin 16-da keçiriləcək.

Teqlər