Mart 21, 2017 13:43 Asia/Baku
  • Cənubi Sudanda qəzaya uğramış təyyarənin sərnişinləri xilas olub
    Cənubi Sudanda qəzaya uğramış təyyarənin sərnişinləri xilas olub

Cənubi Sudanın Wau şəhərində qəzaya uğramış sərnişin təyyarəsinin bütün 43 sərnişini xilas olub.

Sin Xua-nın məlumatına görə, Sudanın Wau şəhərinin başçılarından biri- Nona Guadenesio deyib ki, bu təyyarənin 37 sərnişini xəstəxanaya köçürülüb, 31 sərnişin isə müalicə olunaraq xəstəxanadan buraxılıbdır.

Nona Guadenesio bildirib ki, təyyarə yerə enərkən pilotun qarşısını yaxşı görə bilməməsi səbəbindən bir yanğınsöndürmə maşınına çırpılıb.

"South Supreme Airline" aviasiya şirkətinə aid olan bu sərnişin təyyarəsi Cənubi Sudanın paytaxtı "Cuya" şəhərindən "Wau" şəhəri istiqamətinə uçurmuş.

Bu hadisənin baş verməsindən az sonra bəzi informasiya qaynaqları bildirmişdilər ki, təyyarənin bütün sərnişinləri həlak olub.

Teqlər