İraq bayrağı Mosulun digər məntəqələrində dalğalandırılıb
"Neynəva, biz gəlirik!" əməliyyatının komandanlığı Mosulun qərbindəki digər məntəqələrin azad edilməsindən xəbər verib.
Əlaləm-in məlumatına görə, "Neynəva, biz gəlirik!" əməliyyatının komandanı Əbdulamir Yarəllah bu gün bir bəyanatda bildirib ki, terrorizmlə mübarizə bölmələri Mosulun qərbində Əlrisalə məntəqəsi və Nablus binalarını İŞİD-in işğalından çıxarıblar. Yarəllah əlavə edib: Bu qüvvələr İraq bayrağını azad edilmiş binaların üzərində dalğalandırıblar.
O, deyib: İraqın təhlükəsizlik qüvvələri İŞİD-in işğalı altında olan digər məntəqələrin azad edilməsi əməliyyatını davam etdirir və indiyədək bu əməliyyatda düşmənə böyük xəsarətlər vurublar.
Mosulun azad edilməsi əməliyyatı 2016-cı il oktyabrın 17-də İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə başlanıb və iraqlı qüvvələr Mosulun şərqini azad ediblər.
Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatı isə 2017-ci il fevralın 19-da başlanıb və iraqlı qüvvələr indiyədək bu şəhərin qərb hissəsinin qırx faizindən çoxunu terrorçuların işğalından çıxarıblar.