Şimali Koreya ABŞ ilə savaşa hazırdır
Şimali Koreya ABŞ dövlət katibinin Pxenyana qarşı hərbi hücum ehtimalına dair sözlərinin ardınca bildirib ki, Amerika ilə müharibəyə hazırdır.
IRNA-nın məluamtına görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi bu gün ABŞ dövlət katibi Reks Tillersonun Pxenyana qarşı hədələrinə reaksiyada Vaşinqtona xəbərdarlıq edib ki, Şimali Koreya barədə yanılmasın və bilsin ki, bu ölkə hər bir müharibədə Amerika ilə hərbi qarşıdurma qabiliyyətlərinə malikdir.
Şimali Koreyanın xarici işlər nazirliyinin sözçüsü deyib: Əgər amerikalılar Şimali Koreyanı qorxutmaq istəyərlərsə, bilməlidirlər ki, bu yol əvvəl də nəticə verməyibdir.
Şimali Koreya hərbi təhdidlərin ardınca raket motorunun yeni nəslini uğurla sınaqdan keçirdi.
Şimali Koreyanın rəhbəri Kim Çen In bu sınağı bu ölkənin raket istehsalı sənayesinin inkişafının nişanəsi adlandırıb və belə əlavə edib: Dünya tezliklə Şimali Koreyanın bugünkü qələbələrinin məhsulu olan mühüm hadisənin şahidi olacaq.
ABŞ dövlət katibinin Şimali Koreyaya qarşı bu sözləri elə bir haldadır ki, Amerika Koreya yarımadası məntəqəsindəki hərbi hərəkətlərini davam etdirmək, Cənubi Koreya ilə müxtəlif manevrlər keçirmək, bu ölkədə TAD raket sistemini yerləşdirilmək, həmçinin Cənubi və Şərqi Çin dənizi münaqişəsinə müdaxilə etməklə regionda səbatsızlıq və əmin-amansızlığı genişləndirir.