Ərdoğan: Ankara Avropa Birliyi ilə əlaqələrini yenidən nəzərdən keçirmək istəyir
https://azeri.sahartv.ir/news/dünya-i263172-Ərdoğan_ankara_avropa_birliyi_ilə_əlaqələrini_yenidən_nəzərdən_keçirmək_istəyir
Türkiyə prezidenti Avropa Birliyinə xəbərdarlıq edib ki, Ankara Türkiyə əsas qanununun islahı üzrə referendumdan sonra bu birliklə əlaqələrini yenidən nəzərdən keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2017 18:45 Asia/Baku
  • Ərdoğan: Ankara Avropa Birliyi ilə əlaqələrini yenidən nəzərdən keçirmək istəyir
    Ərdoğan: Ankara Avropa Birliyi ilə əlaqələrini yenidən nəzərdən keçirmək istəyir

Türkiyə prezidenti Avropa Birliyinə xəbərdarlıq edib ki, Ankara Türkiyə əsas qanununun islahı üzrə referendumdan sonra bu birliklə əlaqələrini yenidən nəzərdən keçirəcək.

Röyters-in məlumatına görə, Rəcəb Tayyıp Ərdoğan bu gün İstanbuldakı çıxışında bildirib ki, Ankara daha Avropa Birliyinə qoşulma prosesi vasitəsilə hədələnməyəcək. O, sonra deyib: Türkiyə əsas qanununun islahı üzrə referendumdan sonra Avropa Birliyilə əlaqələri fərqli olan bir Türkiyə yaranacaq.

Ərdoğan vurğulayıb: Heç bir avropalının haqqı yoxdur ki, müxtəlif bəhanələrlə Türkiyə torpağında casusluq etsin.

Türkiyənin Avropa ölkələrilə əlaqələrində gərginlik son zamanlar Türkiyə rəsmilərinin Avropanın müxtəlif şəhərlərində bu ölkənin referendumu barədə təbliğat kampaniyalarının keçirilməsinin qadağan olunmasından sonra özünün kulminasiya nöqtəsinə çatıbdır.