Avropa rəsmiləri "Brexit"in mənfi nəticələrindən nigarandır
-
Avropa rəsmiləri "Brexit"in mənfi nəticələrindən nigarandır
Avropa Şurası sədri Britaniyanın yaxın gələcəkdə Avropa Birliyindən çıxmasını təəssüfləndirici qiymətləndirib.
İRNA-nın məlumatına görə, Avropa Şurası sədri Donald Tusk bir bəyanatda Britaniyanın Avropa Birliyindən çıxmasına sevinmədiyini və bu fenomenin Avropa Birliyi və dünyaya mənfi təsirlərini minimuma endirmək üçün səy göstərilməsini vurğulayıb.
Donald Tusk əlavə edib: Brexit (Britaniyanın Avropa Birliyindən çıxması) Avropa Birliyinin vətəndaşları, şirkətləri, üzvləri və Britaniya ilə əməkdaşlığı olan bütün ölkələrə təsir göstərəcəkdir.
Avropa Şurasının sədri xatırladıb: Britaniyanın Avropa Birliyindən çıxması haqda bu birliyin 28 üzvünün ilk iclası 29 apreldə Brüsseldə keçiriləcək.
Britaniya baş naziri Tereza Mey də Avropa Şurasına ünvanladığı rəsmi məktubda bildirib ki, bu ölkənin Avropa Birliyindən çıxmasına dair müzakirələrin rəsmi şəkildə başlanmasına icazə verən Lissabon sazişinin 50-ci maddəsini 29 martda aktivləşdirəcək.