İtaliya və Yaponiya baş nazirləri Romada bir araya gəlib
İtaliya və Yaponiya baş nazirləri Romada ikitərəfli əlaqələrin genişləndirilməsi yolları və Yeddilər qrupunun iclasını araşdırıblar.
Kiodo İnformasiya Agentliyinin məlumatına görə, Yaponiya və İtaliya baş nazirləri Şinzo Abe və Paolo Gentiloni çərşənbə axşamı görüşdə razılaşma əldə ediblər ki, təhlükəsizlik və müdafiə sektorlarında ikitərəfli əməkdaşlıqların gücləndirilməsi məqsədilə müdafiə və texnologi təchizatların nəqli haqda müzakirələri artırsınlar.
İki tərəf həmçinin razılıq əldə ediblər ki, Yeddilər Qrupunun inkişaf etmiş ölkələrinin dövlət başçıları bu qrupun 2017-ci il may ayındakı iclasında azad ticarətə dəstəyi vurğulamalıdırlar.
İtaliya baş naziri Şinzo Abe İtaliyaya səfər etməzdən öncə Fransaya gedib. Yaponiya və Fransa nüvə enerjisindən sülhməramlı ticarət istifadəsi sektorunda, eləcə də onunla əlaqədar təhlükəsizlik məsələlərində iki ölkənin əməkdaşlıqlarını vurğulayıblar.
Bundan əlavə iki ölkə rəsmiləri razılıq əldə ediblər ki, Fransanın sürətli Astrid reaktorunun inkişaf layihəsi sahəsində müştərək araşdırmalar aparsınlar.
Şərqi Asiyada silah rəqabəti nigaranlığa səbəb olub.