Mart 23, 2017 11:12 Asia/Baku
  • Ştaynmayerin Türkiyəyə qarşı vaxtından qabaq hücumu
    Ştaynmayerin Türkiyəyə qarşı vaxtından qabaq hücumu

Frank Valter Ştaynmayer dünən Almaniyanın yeni prezidenti kimi and içəndən sonra Ankaraya xəbərdarlıq edərək bildirib ki, qanun hakimiyyəti və mediaların azadlığı prinsipinə riayət edilməməsi illər boyu Türkiyədə düzəldilmiş hər şeyin qısa bir zamanda dağılmasına gətirib çıxaracaq.

IRNA-nın məlumatına görə, Almaniya parlamenti üzvlərindən bir qrupu qarşısında çıxış edən Ştaynmayer əlavə edib: Türkiyə vəsfolunmaz müasir Almaniyanı nasist partiyası ilə müqayisə etməyi dayandırmalıdır.

Almaniya prezidenti deyib: Ankara Türkiyə ilə həmkarlıq etmək istəyən ölkələrlə əlaqələrini kəsməməlidir və digər tərəfdən, qanun hakimiyyəti, mediaların və jurnalistlərin azadlığına hörmət etməlidir.

Almaniyanın xarici işlər naziri də bildirib ki, iki ölkənin siyasi əlaqələrində konkret qırmızı xətlər mövcuddur və onlara göz yumulmamalıdır.

Son günlər Almaniyadan əlavə, bir neçə avropalı ölkənin Türkiyə ilə əlaqələri bu ölkə rəsmilərinin bəzi Avropa ölkələrində Türkiyədə 16 aprel seçkilərindən öncə seçki kampaniyalarında iştirakının əngəllənməsi səbəbindən gərginləşibdir.

Avropalılar bu qənaətdədirlər ki, Ərdoğan Türkiyəni diktaturaya doğru sürükləyir.

 

Teqlər