Ukraynanın şimalında bir sursat anbarında partlayış baş verib
-
Ukraynanın şimalında bir sursat anbarında partlayış baş verib
Ukraynadakı hərbi mənbələr bu ölkənin şimalında yerləşən bir sursat anbarında partlayışın baş verməsindən xəbər veriblər.
Frans-Press-in məlumatına görə, Ukraynanın məhkəmə rəsmilərindən olan Anatoli Matius özünün Facebook səhifəsində bildirib ki, bu hadisə bu gün bu ölkənin şimalında yerləşən Xarkov şəhərinin yaxınlığındakı Balakliya adlı kiçik şəhərdə yerləşən bir sursat anbarında baş verib.
Anatoli Matius iddia edib ki, bu partlayış terror partlayışı olub.
Ukraynanın yerli rəsmiləri məntəqə sakinlərinin partlayış məkanından beş kilometrlik bir radiusadək boşaldılmasından xəbər veriblər.
Ukraynada böhran və əmin-amansızlıq 2014-cü ildə və ozamankı dövlətin süqutundan və bu ölkədə qərbpərəst bir dövlətin hakimiyyətə gəlməsindən sonra müxaliflərin dövlət qüvvələrilə toqquşmaları ilə başlandı.
Ukraynanın şərqindəki çaxnaşmalar indiyədək 9800-dən çox ölü və 21 mindən yuxarı yaralıya səbəb olubdur.