Ş.Koreya Yaponiyanın kosmosa casusluq peyki göndərməsini pisləyib
Şimali Koreya Yaponiyanın kosmosa casusluq peyki göndərməsini pisləyib və onu Pxenyana qarşı yeni hücum adlandırıb.
Şimali Koreya xəbər agentliyinin məlumatına görə, bu ölkənin xarici işlər nazirliyi bildirib ki, Yaponiya martın 17-də bu peyki bir raketlə kosmosa göndərib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bu peykin buraxılmasında məqsədi, bu ölkənin ballistik raketinin buraxılması barədə informasiyanın toplanması adlandırıb.
O, vurğulayıb: Bu raketin Yaponiya tərəfindən buraxılması elə bir zamanda həyata keçirilibdir ki, bu ölkənin militarist ruhiyyəsi hələ də mövcuddur və bir daha Yaponiyanın Koreyaya yiyələnəmək üzrə hədəflərindən sayılır.
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Cənubi Koreyada TAD adlı amerikan raket sisteminin yerləşdirilməsi və Seul-Vaşinqton müştərək manevrləri Koreya yarımadasında nigarançılığa səbəb olubdur.