NATO komandanı: Avropa dünyanın ən təhlükəli bölgələrindən biridir
https://azeri.sahartv.ir/news/dünya-i263392-nato_komandanı_avropa_dünyanın_ən_təhlükəli_bölgələrindən_biridir
Şimali Atlantik Alyansı NATO-nun Avropa Mttəfiq Qvvələr komandiri cümə axşamı günü London terror aktına reaksiyada deyib: Avropa qitəsi hazırda dünyanın ən təhlükəli bölgələrindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2017 07:11 Asia/Baku
  • NATO komandanı: Avropa dünyanın ən təhlükəli bölgələrindən biridir
    NATO komandanı: Avropa dünyanın ən təhlükəli bölgələrindən biridir

Şimali Atlantik Alyansı NATO-nun Avropa Mttəfiq Qvvələr komandiri cümə axşamı günü London terror aktına reaksiyada deyib: Avropa qitəsi hazırda dünyanın ən təhlükəli bölgələrindən biridir.

İRNA-nın məlumatına görə,  general Curtis Scaparrotti ABŞ Senatının Silahlı Qüvvələr komitəsinin iclasında deyib: Avropada şahidi olduğumuz təhdidlərin sayı dünyanın digər bölgələrindən çoxdur. 

NATO-nun Avropa Mttəfiq Qvvələr komandiri əlavə edib: Londondakı terror aktı Avropada təhlükəli şəraitdən xəbər verir. Hazırda Suriya və digər bölgələrdən terrorçuların bu qitəyə gəlişi və İŞİD terror qruplaşması tərəfindən daxili təhdidlərlə bağlı iki problem vardır. 

Çərşənbə günü İngiltərə parlamenti binası yaxınlığında London şəhərində bir avtomobil maşınının bir neçə piyadanı vurması, eləcə də bıçaqla hücum nəticəsində 5 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb. 

Yaxın Şərq regionu ölkələri, xüsusilə də İraq və Suriyada de-stabilliyin yaranmasının əsas səbəbkarı olan qərb ölkələri, o cümlədən İngiltərə, Fransa və Almaniya son aylarda terror aktlarının şahidi olmuşdur.