Mart 25, 2017 10:00 Asia/Baku
  • Yunker Avropa Birliyi barədə Trampa xəbərdarlıq edib
    Yunker Avropa Birliyi barədə Trampa xəbərdarlıq edib

Avropa Komissiyasının sədri deyib: Amerika prezidentinin Avropa Birliyi qarşısında yeritdiyi siyasət Balkanda digər bir savaşa gətirib çıxaracaq.

Frans-Press-in məlumatına görə, Avropa Komissiyasının sədri Jan Klod Yunker dünən Faynenşel Tayms ilə müsahibədə bildirib: Donald Trampın Avropa Birliyi qarşısında yeritdiyi siyasət və bu birliyə üzv ölkələri ardıcıl surətdə onu tərk etməyə təşviq etməsi Balkanda digər bir savaşa gətirib çıxaracaq.

Avropa Komissiyasının sədri söyləyib ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə Brüsseldə keçirdiyi görüşdə Vaşinqtona Avropa Birliyinə üzv ölkələri onu tərk etməyə təşviq etməsi və bunun mənfi nəticələri barədə  xəbərdarlıq edib.

Yunker həmçinin qeyd edib ki, ABŞ-ın Avropa Birliyindən çıxmaqda İngiltərəni dəstəkləməsindən təəccüblüdür.

Avropa Komissiyasının sədri deyib: Sabiq Yuqoslaviya döyüşlərindən sonra formalaşmış ölkələrdən yalnız Sloveniya və Xorvatiya Avropa Birliyinə üzv olub və digər ölkələrin bu birlikdə Yuqoslaviyadan qalmış yerə üzvlükləri üzrə hər cür perspektivin aradan götürülməsi təhlükəli olacaqdır.

Avropa Birliyi Amerikanın yeni dövlətilə müxtəlif məsələlər, o sıradan beynəlxalq ticarət, müdafiə xərcləri və ab-hava müqavilələri barədə fikir ayrılığına malikdir.

Teqlər