NATO komandanı: Avropa dünyanın ən təhlükəli məntəqələrindən biridir
NATO-nun Avropadakı komandanı cümə axşamı günü London terror hücumuna reaksiyada deyib ki, Avropa qitəsi hazırda dünyanın ən təhlükəli məntəqələrindən biridir.
IRNA-nın məlumatına görə, Kurtis Skaparotti cümə axşamı günü gecə ABŞ senatının silahlı qüvvələr komitəsinin iclasında deyib: Avropada şahidi olduğumuz təhdidlərin sayı dünyanın digər nöqtələrindəkindən çox yuxarıdır.
NATO-nun Avropadakı komandanı əlavə edib: Son London terror hücumu Avropada təhlükəli şəraitdən xəbər verir ki, bu gün Suriyadan və digər məntəqələrdən olan terrorçuların bu qitəyə daxil olmaları, həmçinin İŞİD tərəfindən daxili təhdidlər problemləri ilə üzləşir.
Çərşənbə günü Londonda bir minik avtomobilinin piyadalarla toqquşması, həmçinin bir terrorçunun bıçaqla İngiltərə parlamenti yaxınlığında etdiyi hücum nəticəsində beş nəfər ölüb, təqribən qırx nəfər də yaralanıbdır.
Terror qruplarına dəstək vermək və onları təchiz etməklə Yaxın Şərq ölkələrində, xüsusən İraq və Suriyadakı böhran və əmin-amansızlıqların əsas yaradıcıları olan İngiltərə, Fransa və Almaniya daxil olmaqla Qərb ölkələri son aylar özlərinin əsas himayədarları olduqları terrorçuların hücumları hədəflərinə çevriliblər.