Fransanın Lil şəhərində atışma
https://azeri.sahartv.ir/news/dünya-i263508-fransanın_lil_şəhərində_atışma
Fransa polisi bu ölkənin Lil şəhərindəki metro stansiyası ətrafında atışmanın baş verməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2017 08:08 Asia/Baku
  • Fransanın Lil şəhərində atışma
    Fransanın Lil şəhərində atışma

Fransa polisi bu ölkənin Lil şəhərindəki metro stansiyası ətrafında atışmanın baş verməsindən xəbər verib.

Russia Today informasiya agentliyi bu gün bu ölkənin polis mənbələrinə istinadla xəbər verib ki, naməlum yaraqlı bir şəxs Fransanın Lil şəhərindəki metro stansiyasının yaxınlığında yerləşən bir məntəqədə əhalini atəşə tutaraq, üç nəfəri ağır şəkildə yaralayıbdır.

Bu məlumata görə, ehtimal üzrə bu atışma qaçaqçılar arasında daxili bir hesab çürütmə olubdur.

Lil şəhərinin polisi də bildiribdir ki, hadisə yerinin yaxınlığında on ədəd qəlpə tapıbdır.

Fransa polisi habelə bildiribdir ki, bu hadisənin terror hadisəsi olması ehtimal edilmir.

İndiyədək hadisə amili və onun niyyəti barədə heç bir məlumat əldə olunmayıb.