Amerikada qanlı atışmalar
Amerikada silah zorakılıqları üzrə statistikaların qeydə alınması mərkəzi bu ölkənin müxtəlif nöqtələrində atışmalar nəticəsində 68 nəfərin ölməsi və yaralanmasından xəbər verib.
IRIB-nin məlumatına görə, Amerikada silah zorakılıqları üzrə statistikaların qeydə alınması mərkəzi bu gün bildirib ki, ötən sutka ərzində Amerikanın müxtəlif ştatlarında baş vermiş 78 atışmada azı 25 nəfər ölüb, 43 nəfər də yaralanıbdır.
Bu məlumata görə, əksər atışmalar Missuri, Pensilvaniya və Arkanzas ştatlarında baş verib.
Hazırkı milad ilinin əvvəlindən bəri ABŞ-ın müxtəlif şəhərlərində 13154 halda atışma qeydə alınıbdır ki, bütövlükdə 3345 nəfər ölüb, 6353 nəfər isə yaralanıbdır.
Hadisə qurbanlarından 130 nəfər 11 yaşıından aşağı uşaq və 677 nəfər də yeniyetmədir.
Bu müddətdə şəxsi müdafiə üçün silahdan istifadə üzrə 496 hal qeydə alınıb. 472 hal da qəsd olmadan atəşin açılması kimi qeydə alınıbdır.
ABŞ dövləti ötən iki ildə çalışıbdır ki, silah daşıma qanununda islahatlar aparsın, amma iri silahqayırma şirkətlərinin sahibləri ABŞ konqresində malik olduqları nüfuzla silah daşınması üçün məhdudiyyətin yaradılmasına icazə vermirlər.